10 Oktyabr 2016 18:37
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi vergi borcunu ödəmədiyinə görə ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərin yeni siyahısını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, siyahıda 022 nəfər yer alıb.

Siyahıya vergi borcunu ödəməyənlərin siyahısına fiziki şəxslər, vergi borcu olan hüquqi şəxslərin rəhbərləri, eləcə də borcu 20 min manatdan artıq olan şəxs və onların nümaynədələri daxildir.

Hazırda 569 nəfər fiziki şəxs vergi borcunu ödəmədiyinə görə onların ölkədən çıxışına məhududiyət qoyulub.

Bundan başqa, nazirliyin qərarı ilə vergi borcuna görə 373 hüquqi şəxsin icra orqanının rəhbərinə ölkədən çıxmaq qadağan olunub.

Nəhayət, nazirlik 20.000 manatdan çox məbləğdə vergi borcunu ödəməkdən yayındırdıqlarına görə barələrində açılan cinayət işi məhkəməyə göndərilmiş vergi ödəyicilərinin siyahısını açıqlayıb.

Bu siyahıya 67 şirkətin nümaynədəsi və 13 fiziki şəxs daxildir.


Müəllif:

Oxşar xəbərlər