8 Noyabr 2016 16:22
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 1-də Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq.

Bu barədə Qars valisi Rəhmi Doğan məlumat verib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ilk mərhələsi bu ilin sonuna qədər tamamlanacaq. Yanvarın 1-də sınaq qatarı yola salınacaq və bununlada yeni ilin ilk günündə Bakı-Tbilisi-Qarsın açılışı həyata keçiriləcək.

826 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin inşası 2008-ci ildə başlayıb. Layihə sayəsində Asiya və Avropa arasında dəmir yolu ilə səyahətin müddəti 15 günə enəcək ("Azərtac").


Müəllif:

Oxşar xəbərlər