10 Noyabr 2016 10:09
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“British Airways Plc.” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.

Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.

"British Airways" aviaşirkəti sərnişin və yük daşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.

Şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.


Müəllif:

Oxşar xəbərlər