15 Noyabr 2016 10:35
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər, Əlcəzair və Venesuela neft hasilatının azaldılması üzrə aparılan danışıqları müsbət başa çatdırırlar.

Teleqraf.com xəbər verir ki, bu danışıqlar haqqında məlumata malik bir nümayəndənin sözlərinə görə, Səudiyyə Ərəbistanı, İraq və İran isə hasilatın azaldılması məsələsində razılaşmırlar.

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 30 noyabrdakı toplantısında istehsalın azaldılması üzrə razılaşmanın reallaşdırılmasında uğursuzluq gözləntiləri ilə neft qiymətləri təxminən dörd həftədir düşür.

OPEC son səkkiz ildə ilk dəfə hasilatın azaldılması barədə razılığa gələrkən, İran istehsalı artırıb, İraq isə IŞİD-lə müharibə vəziyyətində olmasına görə bu müqavilədən azad edilməsini istəyir.

Beynəlxalq Enerji Agentliyi neft hasilatı azaldılmazsa, qiymətlərin daha da düşəcəyi barədə xəbərdarlıq edib.

Analitiklər bildirirlər ki, OPEC üzvlərinin iclas öncəsi verdikləri bəyanatlarda razılaşma olduğuna işarə etməsi vəziyyətində qiymətlər yuxarı istiqamətə hərəkət edə bilər.

Bu gün Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 1,7% bahalaşaraq bir barreli 44.17 dollara, "Brent" nefti Londonda ICE Futures Europe birasında 1% bahalaşaraq bir barreli 45.20 dollara qalxıb.

Neftin az da olsa bahalaşmasına səbəb Səudiyyə Ərəbistanının neft nazrinin hasilatın azaldılmasını nəzərdə tutaraq “Razılaşmalıyıq” deməsi və Donald Tramp hökumətində ABŞ-ın energetika nazirinin “Neft kralı” kimi tanınan Harold Hammın ola biləcəyi barədə məlumatın yayılmasıdır.

Associated Press-in xəbərinə görə, Trampın komandası Energetika naziri üçün üç ad üzərində dayanır.

Bu adlar arasında “Neft kralı” kimi tanınan Harold Hamim, Şimali Dakotadan Respublikaçı Kevin Kramer və investor Robert Qreyd yer alır.

Amerikalı iş adamı Harold Hamm dünyanın ən varlı insanlarından biridir. Onun yaratdığı “Continental Resources” şirkəti ABŞ-ın 13 ştatında neft və qaz hasil edir ("Marja").


Müəllif:

Oxşar xəbərlər