“Azərbaycan son illərdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə gücləndirib”. Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, ölkənin iqtisadi inkişaf dinamikası qlobal reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”nda Azərbaycan mövqeyini bir neçə pillə möhkəmlədərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Bu, o deməkdir ki, Azərbaycan dünyanın ən güclü, ən yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır: “Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi isə ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada Azərbaycanda mütərəqqi iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır”.
Səxavət