17 Fevral 2017 18:59
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Növbəti Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu Azərbaycanda təşkil olunacaq”.

Bunu İstanbulda keçirilən V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu çərçivəsində “Report”un Türkiyə bürosuna Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu, sayca 5-ci biznes-forumdur: “Bu gün artıq iş adamları Azərbaycanda keçiriləcək foruma dəvət olundular. Forumun vaxtı və yeri dəqiqləşdiriləcək. Biz çalışacağıq ki, bu dəfə forum Azərbaycanın bölgələrindən birində keçirilsin.

Bundan əvvəl forum iki dəfə Gürcüstanda, bir dəfə Azərbaycanda keçirilib. Bu gün isə biznes-forum ikinci dəfədir Türkiyədə keçirilir. Azərbaycan üçün Türkiyə və Gürcüstan stareteji tərəfdaşlardır. Bizim ölkəmiz bu əməkdaşlığa çox böyük önəm verir. Hər iki ölkə Azərbaycan üçün regionda həm strateji, həm də iqtisadi baxımdan çox önəmli tərəfdaşlardır”.


Müəllif:

Oxşar xəbərlər