18 Mart 2017 17:51
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azneft” İstehsalat Birliyi 2017-ci ilin yanvar-fevral ayları üçün qarşıya qoyulmuş neft və qaz hasilatı planını yerinə yetirib.


“Azneft” İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumaya görə, bu ilin 2 ayı ərzində “Azneft” İstehsalat Birliyi üzrə 1 milyon 15,7 min ton neft hasil edilib. Cari ilin ötən 2 ayı ərzində 827 milyon 327 min kubmetr qaz hasil edilib.

Fevral ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 8 quyu qazılaraq istismara verilib.

Ötən 2 ayda fəaliyyətsiz quyu fondundan 8 quyu planlaşdırıldığı halda, faktiki olaraq 21 quyu istismara qaytarılıb. Bu quyulardan 2369 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 3054 ton neft alınıb ki, bu da plandan 685 ton çoxdur.

Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 103 geoloji tədbir keçirilib, nəticədə 12805 ton neft hasil edilib ki, bu da plana qarşı 25 tədbir çox və 6135 ton artıq neft deməkdir.

Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 6042 ton plana qarşı 7290,5 ton neft hasil edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər