31 Mart 2017 16:22
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 53 dollara yaxınlaşır.

Teleqraf.com xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 52,62 dollara, “Layt” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 50,38 dollara alıcı axtarır.

Analitiklər “Brent” neftinin qiymətinin zəif də olsa yenidən artım göstərəcəyini bildirirlər.

Beynəlxalq Enerji Agentliyi (IEA) rəhbəri Fatih Birol isə bugünkü açıqlamasında Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılması istiqamətində göstərdikləri səylərə baxmayaraq, neftin qlobal qiymətində böyük yüksəlişlər gözləmədiklərini qeyd edib.


Müəllif:

Oxşar xəbərlər