3 Aprel 2017 15:59
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TANAP Azərbaycan qazını 2019-cu ilin ortalarında Türkiyə üzərindən Avropaya çatdıracaq".

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, layihənin inşası vaxtından əvvəl başa çatacaq: "Türkiyə-Gürcüstan sərhədindən Eskişəhərə qədər ola hissənin 77 faizi tamamlanıb. Layihənin 3,2 milyard dollar dəyərində olan bu hissəsinin inşasını 2017-ci ilin iyununda bitirməyi planlaşdırırıq".

Qeyd edək ki, TANAP layihəsi 2023-cü ildə 23, 2026-cı ildə isə 36 milyard kub Azərbaycan qazını Avropaya daşıyacaq.

SOCAR layihənin 58, BOTAŞ 30, BP isə 12 faizinə sahibdir.

Samir


Müəllif:

Oxşar xəbərlər