8 Aprel 2017 22:53
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 10-dan etibarən 1 ay müddətində Bakıda ilk dəfə olaraq keçiriləcək “Bakı Ticarət Festivalı” dövründə alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması 5 bankın 15 filial və şöbəsi tərəfindən həyata keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Teleqraf.com-a verilən məlumata görə, festivalın keçiriləcəyi
ticarət mərkəzlərində və hava limanlarında bölmələrinin olması, habelə turistlərə bank xidmətlərinin göstərilməsi üzrə təcrübələri nəzərə alınaraq, müvəkkil bank qismində “Kapital Bank” ASC, “Bank Silk Vey” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və “PAŞA Bank” ASC müəyyən edilib.

“Bakı Ticarət Festivalı”nın dövlət əhəmiyyəti və iqtisadi faydası nəzərə alınaraq, valyuta mübadiləsi əməliyyatları daxil olmaqla, digər bank xidmətlərinin yüksək keyfiyyət və operativ həyata keçirilməsinə dair banklara bütün lazımi resursların ayrılması və əməkdaşların bu sahədə təlimatlandırılması tapşırılıb.

“Bakı Ticarət Festivalı” zamanı Azərbaycan vətəndaşlarıyla yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə ƏDV-nin qaytarılması müvəkkil bankların aşağıdakı filial və şöbələri tərəfindən həyata keçiriləcək:

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər