1 May 2017 17:56
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xaçmaz Gömrük İdarəsində yerli iş adamları ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, İctimai Şuranın təşkil etdiyi görüşdə Xaçmaz Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti və Dövlət Baytarlıq Nəzarəti xidmətləri, eləcə də Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, İctimai Şura Dövlət Gömrük Komitəsi sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" haqqında sərəncamına əsasən təsis olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən Xaçmaz Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Azər Məmmədov Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, daxili istehsalın artırılması, ölkənin ixrac potensialının gücləndirilməsi, daxili bazarın qorunması istiqamətində həyata keçirilən tədbirlərdən və görülən işlərin ökə iqtisadiyyatının inkişafına təsirindən bəhs edib.

Ölkədə iqtisadi islahatların həyata keçirilməsində gömrük xidmətinin də öz töhfəsini əsirgəmədiyini bildirən Azər Məmmədov sahibkarlıq mühitinin yaxşılaşdırılması, ticarətin asanlaşdırılması və sürətləndirilməsi istiqamətində gömrük orqanlarının fəaliyyəti barədə görüş iştirakçılarına geniş məlumat verib. Xaçmaz Gömrük İdarəsi rəisinin müavini, gömrük xidməti polkovniki Vüsal Əzizov bildirib ki, ölkədə xarici iqtisadi fəaliyyət iştirakçılarına münbit şəraitin yaradılması, maliyyə intizamının möhkəmləndirilməsi, eyni zamanda, qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb.

Bu ilin birinci rübünün göstəricilərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı, o cümlədən, kənd təsərrüfatı və emalı məhsullarının ixracında artım müşahidə olunduğu diqqətə çatdırılıb, meyvə-tərəvəz məhsullarının ixracındakı artım isə xüsusilə vurğulanıb.

Daha sonra görüş diskussiya şəraitində davam edib və sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər