9 May 2017 20:53
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 61 689 nəfər və ya 1,12% artaraq cari il aprelin 1-nə 5 556 065 nəfər təşkil edib.

Azərbaycan Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, müştərilərin 5 482 376 nəfəri fiziki, 73 689 nəfəri hüquq şəxslərdir.

Aylıq müqayisədə fiziki şəxslərin sayında 60 695 nəfər və ya 1,12%, hüquqi şəxslərdə isə 994 nəfər və ya 1,37% artıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım qeydə alınıb. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 4 444 nəfər və yaxud 2,34% artaraq 194 117 nəfərə çatıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər