Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 1,56 dollar ucuzlaşaraq 45,46 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri də 0,73 dollar azalaraq 48,12 dollar olub.
Azərbaycan nefti də ucuzlaşıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti isə 1,59 dollar və ya 3,09% azalaraq 48,48 dollar olub.