Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 13-də 48,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 13-də 46,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 13-də 47,9 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.