15 İyul 2017 12:59
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda benzinin qiymətinin artırılması dəmir yolu tariflərinə heç bir təsir göstərməyəcək.

Bunu Teleqraf.com-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, Aİ-92 markalı benzinin qiymətində edilən dəyişiklik dəmir yolu ilə sərnişin və yük daşımasına təsir təsir göstərməyəcək: “Dəmir yollarında hərəkət üçün elektrik enerjisindən və digər yanacaq növlərindən və istifadə olunur. Onun üçün tariflərimizin artırılması gözlənilmir”.

Qeyd edək ki Tarif Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında SOCAR-ın müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər