Teleqraf.com xəbər verir ki, bu barədə məlumat OPEK-ın avqust ayı üçün hesabatında yer alıb.
Sənəddə bildirilib ki, neft hasilatında artım Səudiyyə Ərəbistanı, Liviya və Nigeriyanın hesabına baş tutub. İraq, Anqola və Venesuela kimi ölkələrdə isə hasilat azalıb.
Liviyanın iyul ayında hasilatı günə 154,3 mln. barrel və ya 18,2% artaraq 1,001 mln. barrel, Nigeriyanın isə 34,3 mln. barrel və ya 1,98% artaraq 1,748 mln. barrelə çatıb. Səudiyyə Ərəbistanı isə neft hasilatını günə 31,8 mln. barrel və ya 0,31% artıraraq 10,067 mln. barrelə çatdırıb. Bu göstərici OPEC+ anlaşmasında nəzərdə tutulandan 9 min barrel və ya 0,09% çoxdur.
İran öz növbəsində neft hasilatını iyul ayında günə 6 900 barrel, 0,18% artıraraq 3,824 mln. barrelə çatdırıb. Qeyd edək ki, İran OPEC+ anlaşmasında əldə olunmuş razılığa əsasən hasilatı günə 4 mln. barrelə qədər artıra bilər.
Bununla yanaşı, İraq gündəlik neft hasilatını 33,1 min, Anqola 19,3 min, Venesuela isə 15,8 min barrel azaldıb. (Report)