Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barelinin qiyməti 0,73 dollar və yaxud 1,19% artıb.
Teleqraf.com xəbər verir ki, "Azəri Layt" markalı neftin qiyməti 62,2 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azəri Layt" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.