15 Dekabr 2017 14:16
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Necə olur ki, Milli Məclisə kömək edən bir qurumun auditorları deputatlardan çox maaş alır?..

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Hesablama Palatası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Hesablama Palatasının auditorları komitə sədrləri ilə bərabər səviyyədə maaş alır: “Rusiyada millət vəkilinin maaşı 6 min dollardır. Bu məsələyə baxılmalıdır”.

Qüdrət Həsənquliyev Hesablama Palatasının audit yoxlamalarına da toxunub: “Bütün sahələrdə xərclərin azaldılmasına çalışırıq. Hesab edirəm ki, Hesablama Palatası kifayət qədər hazırlıqlı insanları audit kimi cəlb edir. Buna görə də regionlarda əlavə bölmələr, hazırlıq kurslarının yaradılmasına ehtiyac yoxudr. BəzənHesablama Palatası hər hansı bələdiyyəni yoxlayır, amma dövlət zəmanəti ilə 100 milyonlarla kredit götürən səhmdar cəmiyyətlər, dövlət orqanları yoxlamadan kənarda qalır”.

Millət vəkilinin iradlarına cavab verən Milli Məclsin sədri Oqtay Əsədov bildirib ki, Hesabalama Palatası dövlət orqanlarının heç birini yoxlamadan kənarda qoymur: “Palata bütün dövlət qurumlarını yoxlayır. Bələdiyyələrə gəldikdə, Hesabalama Palatası 2700 bələdiyyənin hamısını yox, bir neçəsini yoxlayır”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov millət vəkillərinin qanun layihəsi ilə bağlı suallarına cavab verib.

“Qanun layihəsi təkmilləşdirilərkən, millət vəkillərinin hər bir təklifi nəzərə alınacaq. Bələdiyyələrlə bağlı yoxlamalara gəldikdə, biz son illər heç bir bələdiyyənin fəaliyyətini yoxlamamışıq. Digər təkliflərə isə baxılacaq”.

Bununla da Hesablama Palatası haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər