7 Mart 2018 16:06
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:32

Azərbaycan Çinə məhsul ixrac edə bilər.

Teleqraf.com xəbər verir ki, "Caspian European Club"un tədbirində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə Çinə aqrar məhsulların göndərilməsi üçün icazə alınması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, 2017-ci ilde Çinə rəsmi səfəri ərəfəsində bu ölkənin müvafiq qurumu ilə dövlətlərarası saziş imzalanıb: "Belə ki, Çinə məhsul göndərilməyə dair icazə alınıb. Biz məhsul göndərə bilərik ".

***

Standartlaşdırmanın tərkibində sertifikatlaşdırma qurumları öz fəaliyyətlərini davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Caspian European Club"un tədbirində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərin Qida Təhlükəsizliyi Agentliyinin sertifikatlaşdırma işləri ilə bağlı suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, sertifikatlaşma qurumlarının fəaliyyəti olduğu kimi saxlanılır:

"Lakin bu, məcburi olmayacaq. Qida Təhlükəsizliyi Agentliyi sertifikat verəcək. Bu sertifikatın adı uyğunluq deyil, təhlükəsizlik sertifikatıdır. Məhsullarının təhlükəsizliyinə nəzarət ediləcək. İstehsalçı öz məhsullarını yüksək standartlara uyğun istehsal etdikcə, sertifikatın uyğunluğu da bunu müvafiq olaraq qiymətləndirilir. Standartlaşdırmanın tərkibində fəaliyyət göstərən Sertifikat qurumları qalır və öz fəaliyyətlərini olduğu kimi davam etdirir. Eyni zamanda halal məhsulların sertifikatlaşdırma qurumları qalır. Akkreditasiya Publik Hüquqi Şəxs akkreditasiya edir ki, şirkətləri sertifikatlaşma ilə məşğul ola bilsinlər".

***

"Made in Azerbaijan" brendinin əmtəə nişanını qeydiyyata alıb və başqa ölkələrdə də qoruyuruq".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Caspian European Club"un tədbirində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Onun sözlərinə görə, Standart Fondundan 20 mindən çox beynəlxalq və Avropa standartın olduğunu bildirib :

"Eyni zamanda, 1000-ə yaxın milli standartlar var. Standart Fondu demək olar ki, 46 faiz Avropa Standartlarına uyğunlaşdırılıb".

***

Bu gün "Holiday İnn” otelinin iclas zalında dövlət başçısının tapşırıqlarına əsasən, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığın inkişafının sürətləndirilməsinə yönələn sosial-iqtisadi siyasət, prioritet sənaye və aqrar sahələrin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılması və ixrac imkanlarının gücləndirilməsi çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Xəzər Avropa Klubunun (Caspian European Club) birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

Görüşdə standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrinin müasir tələblərə uyğunlaşdırması, istehsal olunan məhsulların keyfiyyəti, təhlükəsizliyi, rəqabət qabiliyyəti və ixrac potensialının yüksəldilməsi, xarici ticarətin daha da liberallaşdırılması, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılması, sahibkarlığın inkişafının sürətləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi, eləcə də Komitənin fəaliyyəti barədə müzakirələr aparılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, ölkədə prezidentin rəhbərliyi altında iri miqyaslı islahatlar keçirilir ki, bu da bir çox sahəni əhatə edir:

"Dövlət Komitəsinin tərkibində fəaliyyət göstərən standartlşdırma, metrologiya, patent, əmtəə nişanlar xidmətlər ləğv olundu və yerinə Publik hüquqi şəxs statusunda müəssisələr yaradıldı. Bu islahatlar nəticəsində təxminən 300-ə yaxın dövlət büdcəsindən maliyyələşən ştatları geri qaytardıq. 150 nəfərə yaxın işçi qəbul etdik və özünümaliyyələşdirən müəssisə və təşkilatlar yarandı. Bu, demək olar ki, çox böyük inkişaf prosesi deməkdir. Biz beynəlxalq normalara uyğun mərkəzlər yaratdıq. Bu, çox vacib idi, çünki akkreditasiya sahəsində bir qədər geridə qalmışdıq. Dövlət büdcəsindən maliyyələşən dövlət xidməti statusu Avropa Akkreditasiya qurumuna qəbul olunmağımıza imkan vermirdi. Lakin artıq bu prosesdə də Avropa standartlarına uyğunlaşma prosesləri aparılır".

Görüşdə Komitə rəhbərliyi ilə yanaşı, xarici ölkələrin səfir və nümayəndələri və 100-dək sahibkar iştirak edib.


Müəllif: Könül

Oxşar xəbərlər