Azərbaycan nefti ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,45 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,13 dollar/barel azdır.
Türkiyənin Ceyhan limanında isə Azərbaycanın yüngül neftinin qiyməti martın 7-də 65,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.