27 Mart 2018 13:11
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il enerji sektorumuz üçün yadda qalan il olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Onun sözlərinə görə, ölkə daxili və xaricdə çoxlu sayda istismara verilməli obyektlər var: “İlk start SOCAR Polimer-ə daxil olan polipropilen zavodundan başlanılacaq. İkincü rübdə zavod ilk məhsulunu buraxmağa hazırlaşır. İllik layihə gücü 180 min tondur. Cari il üçün isə 70 min ton məhsul istehsalı nəzərdə tutulub. IV rübdə isə layihə gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen zavodu işə düşməlidir. SOCAR Polimer Azərbaycanın müstəqillik tarixində Əlavə Dəyər yaradan ən uğurlu layihə olmalıdır. Belə ki, onun yarımfabrikatlarının 30-35%-i daxili bazara yönələcək. Sumqayıtdakı Kimya parkında fəaliyyət göstərən müəssisələr burada ölkənin daxili bazarı üçün nəzərdə tutulan son məhsullar - məişətdə istifadə edilən müxtəlif çeşidli plastmastmas əşyalar, qapı-pəncərə profilləri və sair ilaxır bazara çıxarılacaq”.

İlham Şaban bildirib ki, hökumət hansısa parklarda deyil, kiçik və orta istehsalçılara bütün ölkə ərazisində SOCAR Polimer-in xammalı və yarımfabrikatlarını alıb onlardan məhsul alıb istehsal etmələrinə şərait yaratmalıdır: “SOCAR-ın biznes planına görə, 40 il müddətində ancaq ixrac əməliyyatlarından SOCAR Polimer-in gəliri 8 mlrd dollara bərabər ola bilər (ancaq hər şey qiymətdən asılıdır). Zavoda isə 750 mln dollar vəsait xərclənib. Bunun 51 faizi dövlətin, 49 faizi isə özəl şirkətlər - Paşa, Azərsun və Gilan Holdinqlərinin öhdəliyindədir. Avqustda isə Sumqayıtda daha bir iri müəssisə SOCAR Carbamide - gübrə zavodu ilk məhsulunu buraxacaq. İldə təqribən 150 min ton gübrənin daxili bazara, 500 min tona yaxın gübrənin isə xarici bazara yönəldilməsi nəzərdə tutulur. 2017-ci ildə Azərbaycan xaricdən azot gübrələrinin alınmasına 55 mln dollar xərcləyib. Bu zavodun xammalı təbii qaz olacaq, təqribən ildə 400-450 milyon m3-dir. Avqustda SOCAR-ın İzmirdəki STAR neft emalı zavodunu istifadəyə verəcək. İllik emal gücü 10 mln ton olan zavoddan son 10 ildə hələ Cənubi Avropada və Balkan bölgəsində bir dənə də tikilməyib. Yəni ən son texnolojiyə sahibdir. Bu isə STAR məhsullarının Avropa bazarındakı satışının rəqabətə davamlığını artıran amil olacaq. STAR SOCAR üçün 6,3 mlrd dolalra başa gəlib. Zavod ildə 6,4 mln ton Eurodizel və aviasiya kerosini istehsal edəcək. SOCAR prezidentinin açıqlamasına görə, zavod istifadəyə verildikdən sonra ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 852 mln. dollar gəlir gətirəcək. Bir məsələni qeyd edim ki, Neft Fondu bu zavodun tikintisinə indiyə qədər 1,4 mlrd dollardan bir qədər artıq vəsait yatırıb. Zavod işə düşənəndən sonra həmin vəsaitlər Fonda qaytarılmağa başlayacaq”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər