Bakı metropoliteninin "Bənövşəyi xətt" üzrə hazırda tikintisi gedən, şərti adı "B3"olan stansiyasında iş sürətləndirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bakı Metopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov məlumat verib.
O bildirib ki, stansiyada ən müasir standartlara cavab verən, son model avadanlıqların quraşdırılmasına başlanılıb: "Digər stansiyalardan fərqli olaraq burada yeni nəsil avadanlıqlardan istifadə olunur. Bu gedişlə stansiyanın 2019-cu ilin sonu, 2020-ci ilin birinci rübündə sərnişinkərin istifadəsinə verilməsi planlaşdırılır".
Hidayət Məmmədov əlavə edib ki, "Sahil" stansiyasında eskalatorların dəyişdirilməsi məqsədilə təmir işlərinə bağlanıb. 1967-ci il noyabr ayının 6-da Bakı metropoliteninin istifadəyə verilən ilk 5 stansiyasından biri olan "Sahil"də eskalatorların 50 illik istismar müddətini başa vurub:
"Bunun üçün bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi. Təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 eskalator quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunub.
Stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək".