27 İyun 2018 22:42
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana-ABŞ münasibətlərinin son aylarda gərginləşməsi ABŞ-n bu ölkə ilə olan nüvə sazişindən çıxması və bu səbəbdən İrana qarşı əvvəllər mövcud olmuş sanksiyaların bərpa edilməsi ilə bağlıdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadiyyat professoru, keçmiş maliyyə naziri kimi Fikrət Yusifov deyib.

O, hesab edir ki, Birləşmiş Ştatlar köhnə sanksiyaları bərpa etməklə kifayətlənmək fikrində deyil, gündəmdə yeni sanksiyaların müəyyənləşdirilməsi məsələsi var: “Bu isə o deməkdir ki, İrana qarşı ABŞ başda olmaqla Qərbin iqtisadi sanksiyaları getdikcə güclənəcək. Məqsəd İran iqtisadiyyatını çökdürmək və bu ölkəni iqtisadi cəhətdən çətin duruma gətirməkdən ibarətdir.

Yaranmış vəziyətdə İran hökuməti hansı addımlar ata bilər?

Fikrət Yusifov deyib ki, ilk öncə bu sanksiyalara cavab olaraq İran nüvə proqramını bərpa edəcək və artıq bu barədə ölkə rəsmiləri bəyanat veriblər. Lakin bu, ölkə iqtisadiyyatının durumunun yaxşılaşdırılmasına heç bir kömək etməyəcək. Bu səbəbdən İran hökuməti indi vəziyyətdən çıxışın yollarını axtarır.

Son üç aya yaxın bir vaxtda İran milli valyutası ABŞ dollarına nisbətdə 13 faiz dəyər itirib. Milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün İran hökumətinin idxala qoyduğu qadağanın səmərə verəcəyinə inanıram. Çünki belə addım İranla ticarət əlaqəsi olan ölkələr tərəfindən normal qarşılanmayacaq.

Məsələn, Azərbaycanla İran arasında 2016-cı ildə ticarət dövriyyəsi 210,8 milyon dollar olub ki, bunun da 161,1 milyon dolları İrandan ölkəmizə olunan idxalın payına və cəmisi 49,7 milyon dolları bizdən İrana olunan ixracın payına düşür.

Deməli, bizim ölkə ilə qarşılıqlı ticarət əlaqələrində İrandan bizə 3,1 dəfə çox məhsul idxal olunur. İranın tətbiq etdiyi sanksiyalara cavab olaraq biz də İrandan gələn bəzi məhsulun idxalına qadağa qoya bilərik və mən hesab edirəm ki, bunu mütləq etməliyik”.

İqtisadçı alimin sözlərinə görə, İran Ermənistanın torpaqlarımızı işğal etdiyi gündən bu işğalçı ölkəyə iqtisadi sahədə dəstək verir və yardım edir: “Deməli, qardaş Türkiyədən fərqli olaraq İran Azərbaycan naminə öz maraqlarına zərər gəlməsini istəmir. Belə olan halda biz nə üçün öz iqtisadi maraqlarımızı İrana qurban verməliyik? Hesab edirəm ki, İrandan idxal etdiyimiz məhsulların əksəriyyətini cənubi-şərqi Asiya ölkələrindən, Çindən, Hindistandan daha sərfəli şərtlərlə idxal edə biərik”.

Qeyd edək ki, Iranda valyuta məzənnələrinin bahalaşmasından sonra hakimiyyət ölkəyə idxal edilən 1300-dən çox məhsula qadağa tətbiq edib.

ABŞ-ın İranla əldə etdiyi nüvə razılaşmasından çıxması və Tehrana qarşı sanksiyalara başlamasından sonra valyuta məzənnələrində ciddi bahalaşma müşahidə edilir. Həmin məhsullara toxuculuq, ayaqqabı, dəri məmulatları, mebel və səhiyyə avadanlıqları da daxilıdir.


Müəllif: Elxan Süleymanov

Oxşar xəbərlər