Bakı və Abşeron yarımadasında bu gün müşahidə olunan tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.
Məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
Qeyd edək ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.