11 Avqust 2018 17:03
2 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Eyni zamanda avqustun 13-14-də, əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər