18 Oktyabr 2018 21:46
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının Hunan vilayətinin Candziadzie şəhərində Çinin Beynəlxalq Ticarət Palatası və İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə “Bir Kəmər, Bir Yol” təşəbbüsünün 5 illiyi münasibətilə sammit keçirilib.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Rüfət Bayramov “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində beynəlxalq əlaqələrin inkişafı ilə bağlı dövlət qurumlarının rolu üzrə panel müzakirələrdə çıxış edərək, sammit iştirakçılarına Azərbaycandan keçən nəqliyyat dəhlizləri, ölkəmizin tranzit imkanları, infrastrukturun inkişafı ilə bağlı görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər