31 Dekabr 2018 20:01
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 514 ton barama istehsal olunub.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinada xəbər verir ki, bu, ötən ilki göstərici ilə müqayisədə 2,1 dəfə çoxdur və son 20 il ərzində Azərbaycanda barama istehsalının ən yüksək göstəricisidir.

Ümumilikdə, bu ilin 11 ayı ərzində ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcmi real qiymətlərlə 6,6 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 4,6 faiz çoxdur.

Hesabat dövründə heyvandarlıq sektorunda istehsalın həcmi 2,7 faiz (3,5 milyard manata qədər), bitkiçilik sahəsində isə 6,6 faiz (3,1 milyard manata qədər) artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər