3 Sentyabr 2014 09:35
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il sentyabrın 1-nə olan məlumata görə, 2001-ci ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 105 802 milyon dollar daxil olub. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNF-dən deyiblər.

Qeyd edək ki, AÇG iri dəniz yatağının işlənməsi üzrə müqavilə 1994-cü ildə bağlanıb. Blokun təsdiq edilmiş neft ehtiyatları təqribən 1 milyard tondur. ARDNF-dən bildiriblər ki, 2014-cü ilin yanvarın 1-dən sentyabrın 1-dək AÇG layihəsi çərçivəsində Fonda 10 770 milyon dollar daxil olub.

1999-cu ildə yaradılan ARDNF-nin həmin vaxt aktivləri 271 milyon dollar olub. 2014-cü il aprelin 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 36 618,4 milyon dollar təşkil edib.


Müəllif:

Oxşar xəbərlər