Bu gün dövlət və özəl şirkətlər dövlətin yaratdığı şəraitdən və dövlət sifarişlərindən istifadə edərək, bu və ya digər layihələrinin yaradılmasında maraqlı olduqlarını bəyan edirlər.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
O, qeyd edib ki, nazirlik daha çox qabaqcıl dövlətlərin trans-milli şirkətləri ilə birgə fəaliyyət göstərməkdə və birgə layihələrin həyata keçirilməsində maraqlıdır: “Hesab edirəm ki, bu konfransda xarici və yerli özəl şirkətlərin istəklərini və tələblərini dinləyəcəyik. Dövlətin bu istiqamətdə atacağı addımları müəyyənləşdirəcək. Ölkədə rəqabət mühitinin formalaşdırılması, yerli bazarların genişləndirilməsi və digər istiqamətdə müzakirələr aparılacaq.”
İlhamə