25 İyul 2019 20:54
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün saat 19:20 radələrində Neft Emalı zavodunun məşəl qurğusunda müşahidə olunan tüstü axınının zavoddakı istehsalat prosesində baş vermiş qəza ilə bağlı olduğu təsdiqlənib.

ETSN-nin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, aparılan araşdırmalar göstərdi ki, axşam saatlarında zavodun 5 nömrəli istehsalat sahəsində qəza qeydə alınıb və havada tüstü axını müşahidə edilib. Görülən tədbirlər nəticəsində baş vermiş qəza aradan qaldırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin mütəxəssislərinin həmin vaxt apardığı monitorinqlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarı normadan artıq olub.

Bu gün səhər Nazirliyin mütəxəssisləri tərəfindən məşəl qurğusunun ətrafında yenidən monitorinqlər keçirilib və havaya atılan tullantıların norma daxilində olduğu müəyyən edilib.
Gələcəkdə belə hallara yol verilməməsi üçün texnoloji proseslərə cavabdeh olan şəxslərə xəbərdarlıq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər