16 Avqust 2019 00:14
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin iyul ayında Gürcüstanın xarici borcunda azalma müşahidə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında qeyd edilib.

Məlumatda deyilir ki, iyul ayının sonuna Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 361 milyon 209 min dollar olub. Bu, əvvəlki ayın sonuna nisbətən 76 milyon 831 min dollar azdır. Xarici borcun 5 milyard 154 milyon 896 min dolları hökumətin payına düşüb.
Bu ilin iyul ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyib.

Avqustun 1-nə qonşu ölkənin Azərbaycana borcu 7 milyon 269 min ABŞ dolları təşkil edib
Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (312 milyon 859 min dollar), Fransa (234 milyon 33 min dollar) və Yaponiya (215 milyon 789 min dollar) yer alıb.
Gürcüstanın Türkiyə və Rusiyaya olan borcu aylıq müqayisədə dəyişməyib.
Avqustun 1-nə Gürcüstanın Türkiyəyə borcu 13 milyon 98 min dollar, Rusiyaya borcu 56 milyon 478 min dollar olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər