15 Sentyabr 2014 19:13
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəlirlər 5,1 faiz artaraq 24,0 milyard manata çatıb

Azərbaycanda əhalinin gəlirləri ötən ilə nisbətən artıb.

Teleqraf.com-un Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, bu ilin yanvar-avqust aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 5,1 faiz artaraq 24,0 milyard manata çatıb. Bununlada hər bir nəfərə düşən gəlirlər 3,8 faiz artaraq 2559,9 manata (orta hesabla ayda 320,0 manata) çatıb.

Gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 440,8 manat təşkil edib. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 704,1 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 625,1 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 545,0 manat, informasiya və rabitə sektorunda isə 725,9 manat təşkil edib.

Əmək haqqı neft sektorunda 1756,0 manat, qeyri-neft sektorunda 407,5 manat, dövlət bölməsində 356,2 manat, özəl bölmədə 565,7 manat təşkil edib.

Səkkiz ay ərzində əhali istehlak bazarından 13,6 milyard manatlıq istehlak malları almış və göstərilmiş xidmətlərin müqabilində 4,1 milyard manat ödəyib. 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,3 faiz, o cümlədən ərzaq məhsullarının satışı 3,5 faiz, qeyri-ərzaq mallarının satışı 15,4 faiz, pullu xidmətlərin həcmi 6,3 faiz artıb. 2014-cü ilin yanvar-avqust aylarında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1514,0 min manatlıq qeyri-ərzaq malları və 188,5 min manatlıq ərzaq məhsulları satılıb.


Müəllif:

Oxşar xəbərlər