17 Sentyabr 2014 08:52
524

Azərbaycan 2014-cü ilin yanvar-avqust aylarında 43 276 ədəd avtomobil idxal edib. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 67 226 ədəd olub.

Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

İdxal edilən avtomobillərin 39 198 ədədi insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ilin yanvar-avqust aylarında bu göstərici 60 924 ədəd təşkil edib.

Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal etmişdi. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə isə bu göstərici 89 652 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 3575 yük avtomobili idxal edilib. Bu rəqəm ötən ilin eyni dövründə 5060 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Qeyd edək ki, 2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilmişdi. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.


Müəllif:
Загрузка...