Londonun "ICE Futures" birjasında keçirilən növbəti hərrac zamanı “Brent" markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,3% artaraq 36,14 ABŞ dolları təşkil edib.
Teleqraf.com xəbər verir ki, bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 36 ABŞ dollarından yuxarı olmuşdu.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 4,3% artaraq 33,33 ABŞ dolları olub.