3 Oktyabr 2014 12:46
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin sentyabrın 1-nə 17 308,9 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından Teleqraf.com-a verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 853,8 milyon manat və ya 19,74 faiz çoxdur.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 102,9 mln. manat və ya ümumi həcminin 41,00 faizini təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 530,3 milyon manat və ya 27,46 faiz artıb.

Məlumta görə, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir. Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,6 faizlik payla “İnşaat və əmlak” və 14,4 faizlik payla “Ticarət və xidmət” sahələri qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin sentyabrın 1-nə 938,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 174 milyon manat və ya 22,65 faiz çoxdur.

Naibə


Müəllif: