3 İyun 2020 15:53
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-may aylarında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 2 106 milyon dollar gəlir əldə edilib.

Dövlət Neft Fondundan Teleqraf.com-a verilən məlumata görə, eyni dövrdə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 120 milyon dollar olub.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan gəlirlər də açıqlanıb. Yanvar-may aylarında bu yataq üzrə qaz satışından 66 milyon dollar gəlir əldə edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər