10 İyun 2020 13:06
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) 2020-ci ildə koronavirusunun aviasiyaya vurduğu zərərin 84 milyard dollar olacağını proqnozlaşdırır.

Teleqraf.com xəbər verir ki, İATA 2020-ci ili "aviasiya tarixində ən pis il" adlandırıb.

Koronavirus böhranı səbəbindən hava yolları sektorunda rekord zərərin olacağı gözlənilir.

İATA-nın hesablamalarına görə, 2021-ci ildə hava yollarında sərnişin axını 2020-ci illə müqayisədə 55% artacaq, ancaq 2019-cu ildəki səviyyələrə nisbətən 29% geriləmə gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər