Rusiya buğdaya qoyduğu məhdudiyyətlərdən siyasi silah kimi istifadə edə bilər.
Teleqraf.com xəbər verir ki, bu fikir “National Interest” ("Milli Maraqlar") dərgisində dərc olunan məqalədə öz əksini tapıb.
Bildirilir ki, Rusiyanın 2028-ci ilə qədər dünya taxıl ixracının 20 faizinə nəzarət edəcək və qlobal istiləşmə səbəbindən daha böyük taxıl ölkəsinə çevriləcək.
Məqaləyə görə, qlobal istiləşmə digər dövlətlərin Rusiyadan asılılığını artıra bilər. Bu da buğda idxalçılarını çıxılmaz vəziyyətə salar.
Hazırda COVİD-19 epidemiyası səbəbindən taxıl ixracatçıları öz ehtiyatlarını artırmaq üçün yeni qaynaqlar axtarmağa məcburdurlar.
Məqalədə 2010-cu ildəki quraqlıq səbəbindən buğda ixracına tətbiq olunan kvotalarda belə, Rusiyanın indiki kimi vacib taxıl ehtiyatlarına sahib olduğu vurğulanıb: “Böhran dövründə Rusiyanın ixracatını məhdudlaşdırması narahatverici deyil. Rusiya buğda ixracatını iqlim dəyişikliyindən qaynaqlanan ərzaq qıtlığı səbəbindən başqa seçimi olmayan ölkələrə təzyiq üçün silaha çevirə bilər”.