Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqları üzrə gəlirləri açıqlayıb.
Dövlət Neft Fondundan Teleqraf.com-a verilən məlumata görə, iyulun 1-i tarixinə AÇG yatağından əldə olunan ümumi gəlir 2 206 mln. ABŞ dolları təşkil edib.
Bu il Şahdəniz yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirlər 197 mln. ABŞ dolları olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu ilik 6 ayında 131 mln. ABŞ dolları olub.
Qeyd edək ki, məlumatda Şahdəniz yatağından kondensatın satışından əldə edilən gəlirlər əvvəlki aylardan fərqli olaraq Şahdəniz yatağından daxilolmaların tərkibinə daxil edilib.