1 Avqust 2020 16:56
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moody’s” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Kapital Bank”, “Xalq Bank”, “Bank of Baku” və “Bank Respublika” ASC-lərin dövrü reytinqlərinə yenidən baxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu baxış bankların kredit reytinqi və onun proqnozu ilə bağlı indi və yaxın gələcəkdə hər-hansı yeniliyin olması anlamına gəlməməlidir.

Xatırladaq ki, “Moody’s”in bundan əvvəlki açıqlamasında ABB-nin milli və xarici valyutada uzunmüddətli depozit reytinqi "B1", kredit ödəmə qabiliyyəti reytinqi (Baseline Credit Assessment) isə "b3" səviyyəsində müəyyən edib. Digər bankların müvafiq reytinqləri isə “Kapital Bank”da "Ba3" və "b1", “Xalq Bank”da "B2" və "b3", “Bank of Baku”da "Caa1" və "caa1", “Bank Respublika”da isə "B3" və "b3" olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər