Fəaliyyətlərini Çindən ABŞ-a gətirən şirkətlərə vergi güzəştləri tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
Tramp Demokratların Birləşmiş Ştatların dəyərlərini məhv etməyə çalışdıqlarını deyib:
"Co Bayden sol qanaddakı ekstremistlərin kuklasıdır. Biz sizin şəhərlərinizi və gecəqondularınızı cinayətkar bir gələcəkdən və xaosdan qoruyacağıq.
COVID-19-u "vəba" olaraq xarakterizə edən Tramp, epidemiya ölkəsinə yayıldıqdan sonra Çinlə görüşmədiyini deyib:
“ABŞ COVID-19 peyvəndini tapmağa çox yaxındır. Çin virusunu məğlub edəcəyik. Çində fəaliyyət göstərən Amerika şirkətlərini ABŞ-a qayıtmağa çağırıram. Bu şirkətlərə vergi endirimləri tətbiq edəcəyik”.