25 Avqust 2020 10:22
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turizmdəki gəlir itkisi 1,2 trilyon dollara çata bilər, 120 milyon insanın iş yerini itirmə riski var.

Teleqraf.com xəbər verir ki, bu xəbərdarlıq BMT-nin koronavirusun turizmə təsiri ilə bağlı hesabatında açıqlanıb.

BMT-nin baş katibi Antonio Quterreş COVID-19 epidemiyasının dünyanın ən vacib iqtisadi sektorlarından biri olan turizmə vurduğu ziyandan danışıb:

“Turizm hər 10 nəfərdən birini işlə təmin edir. 2020-ci ilin ilk beş ayında beynəlxalq turistlərin gəlişi yarıdan çox azaldı və turizmdən gələn gəlirlərin 320 milyard dollar itkisi oldu. Turizm sahəsindəki gəlir itkisi 1,2 trilyon dollara çata bilər, 120 milyon insanın iş yerini itirmə riski var”.

Antoni Quterreş koronavirus epidemiyasının turizm sektorundakı inkişaf etmiş ölkələr üçün böyük bir şok effekti yaratdığını vurğulayıb:

“Epidemiya xüsusilə inkişaf edən və bir çox kiçik ada dövlətləri, o cümlədən Afrika ölkələri üçün fövqəladə vəziyyət yaradır. Turizm gəlirləri azalır. Bu, eyni zamanda qorunan ərazilərdə brakonyerlik və təxribatı artırır”.

Baş katib turizm sektorunun yenidən qurulmasının iqlim hədəflərinə uyğun olaraq təhlükəsiz və bərpa edilməli olduğunu bildirib:

“Turizm sektorunda texnologiyanın istifadəsi maksimum dərəcədə artırılmalıdır. Davamlılıq və yaşıl böyümə vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər