11 Sentyabr 2020 17:02
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla” Çindəki yeni zavodunun avtomobillərini Avropa bazarında satmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, şirkət nəqliyyat xərclərini azaltmaq və daha yaxın yerlərdə nəqliyyat vasitələri istehsal etməyi hədəfləyib.

Məlumata görə, Çin istehsalı “Tesla 3s” modelinin hazırlanmasına ilin dördüncü rübündə başlanacaq. “Tesla” sifarişlərinin ABŞ, Sinqapur, Avstraliya, Yeni Zelandiya və Avropa kimi bazarlardan gələcəyi gözlənilir. Tədarüklər bu ilin sonunda və ya ən geci 2021-ci ilin ilk aylarında başlayacaq.

Şirkətin icraçı direktoru “Tesla”nın 2021-ci ilin ortalarında Berlində ilk zavodunu qurmağı planlaşdırdığını da deyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər