9 Oktyabr 2020 11:47
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti İrana qarşı sərt təzyiqlər planı fonunda 18 banka sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.

O, sanksiya qərarının ABŞ dollarına qeyri-qanuni girişi dayandırma öhdəliyini əks etdirdiyini deyib:

“Bizim sanksiya proqramlarımız İran terror fəaliyyətlərinə dəstəyi dayandırmayana və nüvə proqramlarına son qoyana qədər davam edəcək".

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın sanksiya qərarına reaksiya verib:

“COVID-19 epidemiyasının ortasında ABŞ rejimi qida və dərman üçün ödədiyimiz qalan kanallarımızı havaya sovurmaq istəyir. Bir xalqı ac buraxmaq üçün sui-qəsd qurmaq insanlığa qarşı cinayətdir".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər