13 Oktyabr 2020 13:30
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbindən bu il dünyada enerjiyə tələbat 5 faiz düşəcək.

Teleqraf.com xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (İEA) “Dünya enerji icmalı 2020” hesabatında yer alıb.

Bu çərçivədə neftə tələbat 8 faiz azalaraq gündəlik 100 milyon bareldən aşağı düşəcək. Bu il kömürə tələbat 7 faiz, təbii qaza tələbat 3 faiz, qlobal elektrik tələbatı isə 2 faiz azalacaq.

Dünyada enerjiyə investisiya qoyuluşu 18 faiz, yavaşlayan iqtisadiyyat aktivlərilə qlobal karbon emissiyaları 7 faiz düşəcək.

COVID-19 gələn il nəzarət altına alınarsa, qlobal enerji tələbinin 2023-cü ilin əvvəlində pandemiyadan öncəki səviyyəyə geri dönəcəyi gözlənilir. Epidemiya davam edərsə, enerji tələbindəki bərpa 2025-ci ilə qədər sürəcək.

2019-2030-cu il aralığında 12 faiz artacağı proqnozlaşdırılan enerji tələbində 9 faiz böyümə gözlənilir.

Hesabata görə, Günəş enerjisi böyümənin təməl qaynağı olacaq. Digər enerji mənbələrində istehsalın azalmasına rəğmən, bərpaolunan enerjidən elektrik istehsalı bu il artacaq.

Qlobal enerji tələbi 2030-cu ilə qədər 20 faiz artacaq ki, bu tələb artımının 80 faizini bərpaolunan enerji qaynaqları təkbaşına qarşılaya biləcək.

Günəş enerjişi bu sektordakı böyümənin mərkəzində yer alacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər