Bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) istehsalı 2,5 faiz, yaxud müqayisəli qiymətlərlə 1,1 milyard manat artaraq 44,1 milyard manata çatıb.
Dövlət Statistik Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ÜDM-in 61,6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 44,3 faizi sənayedə, 11,9 faizi inşaat kompleksində, 5,4 faizi kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin ÜDM-də xüsusi çəkisi 31,2 faiz təşkil edib. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4696,1 manat olub.
Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 25,2 milyard manatlıq məhsul istehsal edilib. Məhsulun 71,8 faizi mədənçıxarma, 22,3 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölmələrinin payına düşüb.