Asiya bazarlarında qızılın qiyməti yeni maksimum səviyyəyə çatıb.
Teleqraf.com xəbər verir ki, Sinqapurda spot hərraclarında (pulun nağd ödənilməsi müqabilində malın dərhal çatdırılması) qızılın bir troya unsiyası 0.4 faiz artaraq 1 897,08 dollara satılıb.
Gümüş 1,4 faiz, platin 1 faiz dəyər qazanıb.
Bu gün ABŞ-ın yeni Prezidenti Co Baydenin və ABŞ-ın yeni vitse-prezidenti olacaq Kamala Harrisin koronavirusdan sonra iqtisadi bərpa ilə əlaqədar çıxışı gözlənilir. Bu, seçkilərdən sonra ilk əhatəli iqtisadi çıxış olacaq.
ABC Külçə Qlobal İdarəetmə direktoru Nikolas Frappell zəifləyən ABŞ dollarının da qızıla dəstək verdiyini deyib:
“Qızılın qiyməti koronavirus epidemiyasının yaratdığı narahatlıq fonunda da artmağa davam edir. Belə halda qızılın bahalaşması uzun müddətli dövrü əhatə edə bilər”.