16 Noyabr 2020 18:33
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doqquz ayda Səngəçal terminalı təqribən 183 milyon barel neft və kondensat, o cümlədən 160 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC), 23 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.

Teleqraf.com xəbər verir ki, “BP Azerbaijan” şirkətinin məlumatına görə, üç rübdə terminaldan, həmçinin gündəlik orta hesabla 48 milyon standart kubmetr (1 milyard 691 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.

Üçüncü rüb ərzində “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetr təşkil edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər