2 Dekabr 2020 15:37
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

ARDNF-dan Teleqraf.com-a verilən məlumata görə, bu ilin yanvar-noyabr aylarında AÇG yatağından 3 336 milyon ABŞ dolları, “Şahdəniz” yatağından isə (qaz və kondensat daxil) 276 milyon ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, cari ilin 10 ayında Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 205 milyon ABŞ dolları təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər