Bu ilin noyabr ayında Azərbaycan xarici ölkələrə 24,5 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Teleqraf.com bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın dekabr sayına istinadən xəbər verir.
Bu, 2019-cu ilin noyabr ayının göstəricisi ilə müqayisədə 8,8 milyon ABŞ dolları və ya 56,05 faiz çoxdur.
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 183,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26 milyon dollar və ya 16,5 faiz çoxdur.